23 oktyabr 2024. Çərşənbə

Milliyə daha təcrübəli məşqçi lazımdır - Tərlan Əhmədov


Milliyə daha təcrübəli məşqçi lazımdır - Tərlan Əhmədov

“Zirə” layiqli qələbə qazandı.  Uşaq səhvlərindən 3 qol buraxdıq. Hansısa arxayınlıq var idimi, onu deyə bilmərəm. Görünən odur ki, komanda oyuna tam köklənə bilməyib. Bu baş verməli idi. Çünki 7 tur idi uduzmurduq. Bu, bizə böyük dərs  oldu”.

Corner.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 12-ci turunda “Zirə”yə uduzduqları oyundan (1:3) sonra mətbuat konfransında deyib.


O, penalti epizodu ilə bağlı da fikirlərini bildirib: “Söz vermişəm ki, hakimlik haqda danışmayacam. Əgər uduzmuşuqsa, penaltimizi verməyibsə, qapımıza penalti veribsə... Bizim futbolçuları hər dəfə əvəzləmə zamanı məcbur edirlər ki, yaxın yerdən çıx. Artıq qərar verilib. Məğlub olmuşuq, yalnız oyunumuz barədə düşünürəm. Hakim səhv edə bilər. Bəzi şeylər qarşılıqlı olmalıdır. Bizə məcbur edilənlər, rəqibə də olmalıdır. Sezarın qırmızı vərəqəsinə gəldikdə isə belə hərəkətlər nə hakim, nə də biz tərəfdən bağışlanır. Daxili kodeksə uyğun addım atılacaq”.

Tərlan Əhmədov adının “Millinin baş məşqçisi vəzifəsinə sizin də adınız hallanır. Təklif olarsa, qəbul edərsiniz” sualını belə cavabllandırıb: “Adımın hallanması xoşdur. Amma “Keşlə” ilə müqaviləm var. Başladığım işi sona qədər davam etdirməliyəm. Düşünürəm ki, milliyə daha təcrübəli məşqçi lazımdır. Biz millini dirçəltməyə çalışmalıyıq. Bunun üçün də çox nüanslar lazımdır. İllərlə görüləsi məsələdir. Şəxsən mən yerli və təcrübəli mütəxəssis istərdim”.

T.Əhmədov qarşıdan gələn “Sumqayıt” və “Qarabağ”la görüşlər haqda da danışıb: “Son turlarda məğlub olmurduq. Həddən artıq həyəcanlı idim. Dünənki toplantıda da futbolçulara da xəbərdarlıq edirdim. Sınma nöqtəsi ola bilərdi. Uduzsaq da, irəli ümidlə baxmalıyıq. Məğlubiyyət varsa, gələcəkdə qalibiyyət də olacaq. Sadəcə, düzgün nəticə çıxarmalıyıq”.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir