7 may 2026. Cümə axşamı

Kimisə göndərmək barədə düşünmürəm - Zaur Həşimov


Kimisə göndərmək barədə düşünmürəm - Zaur Həşimov

“Uşaqlar oyuna yaxşı başladılar. Necə hazırlaşmışdıqsa, o cür də start götürdük. Qollardan sonra da epizodlarımız oldu. Oyunçuların istəklərindən razı qaldım. Bunun da nəticəsində qələbə qazandıq”.

Corner.az  xəbər verir ki, bu sözlər “Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Keşlə”yə  3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, birdən-birə iki hücumçunu meydana buraxmasını belə izah edib: “Mfo yorğun idi, yığmadan qayıdıb. Amma yorğun olmasaydı belə, Xulio zədədən qayıdıb, yaxşı durumda idi. İstənilən halda iki hücumçu ilə oynayacaqdıq”.

Qış fasiləsində heyətdə ediləcək dəyişikliklə bağlı danışan Haşımov kimisə göndərmək fikrində olmadığını deyib: “Bu uşaqlarla davam edəcəyik. Çalışacağıq komandanı gücləndirək. Hazırkı heyətdən tam razıyam, onlara iradım çox deyil. Qışda rəhbərliklə danışacağıq. İmkan daxilində çalışacağıq heyəti gücləndirək. Kimisə göndərmək ehtimalı barədə düşünmürəm”.

Z.Haşımov futbolçusu Nicat Süleymanova “qardaş” deyə müraciət etməsinə isə bu cür aydınlq gətirib: “Kobudluq mənə xas xüsusiyyət deyil. Hərdən də qardaş kimi danlayırıq, balans qurmağa çalışırıq”.

Z.Haşımov “Zirə”yə baş məşqçi təyin ediləndən sonra qazandığı ilk qələbəyə görə sevincli oduğunu əlavə edib: “Bundan əvvəlki iki heç-heçə də qələbəyə bərabər idi. Eyni hissləri yaşadım. Uşaqlar göstərdilər ki, komandanın potensialı əvvəlki nəticə kimi deyil”.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi