7 avqust 2026. Cümə

Qəbələ yaşayacaq və daha yaxşı olacaq - Elmar Baxşıyev


Qəbələ yaşayacaq və daha yaxşı olacaq - Elmar Baxşıyev

"Neftçi"yə qarşı fərdi hazırlaşmışdıq. İstəyirdik ki, rəqibi əks-hücumlarda rəqibi tutaq. Sadəcə, bunu həyata keçirə bilmədik. Komandalar arasında səviyyə fərqi çoxdur”.

Corner.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 12-ci turunda bu gün “Neftçi”yə uduzduqları oyundan (1:4) sonra mətbuat konfransında deyib.

O, məğlubiyyəti belə şərh edib: “Bizim cavan kollektivimiz var, stabilliyi qoruya bilmirik. Bir oyun yaxşı oynayırıqsa, növbəti matçda bunu davam etdirə bilmirik. Sabit oyun göstərməməyimiz  komandanın gənc oyunçulardan qurulmasından irəli gəlir. Təcrübəlilər stabilliyi qoruya bilir. Üstəlik, “Neftçi” fərdi keyfiyyətlərdə də bizdən üstündür. Bizim də qol epizodlarımız oldu. Ancaq “Neftçi” futbolçularının ustalıq səviyyəsi üstün olduğuna görə bunlardan istifadə etdi”.

Maliyyə problemi səbəbindən “Qəbələ”nin dağılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Baxşıyev klubun yaşayacağına inandığını qeyd edib: “Bizim üzərimizə nə düşürsə, maksimumunu etməyə çalışırıq. Sponsor məsələsi bizə aid deyil. İşimiz komanda və futbolçularladır. İnanıram ki, “Qəbələ” yaşayacaq və daha yaxşı olacaq”.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı