7 avqust 2026. Cümə

Premyer Liqada mövsümün məhsuldarlıq rekordu


Premyer Liqada mövsümün məhsuldarlıq rekordu

Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb.

Corner.az xəbər verir ki, 12-ci  turun 4 oyununda qapılara 16 top vurulub.

Bütün komandaların qol sevinci yaşadığı turda “Neftçi” “Qəbələ”ni 4:1, “Sabah” “Səbail”i, “Zirə” “Keşlə”ni eyni – 3:1, “Sumqayıt” “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib. Orta məhsuldarlıq 4-ə bərabər olub. Bunadək mövsümün rekordu IX tura təsadüf etmişdi. 14 qolun vurulduğu vaxt orta göstərici 3,50-yə bərabər idi.

Sonuncu dəfə bu rəqəmin 4 və ya daha yüksək olması ötən mövsümün XXIII turunda qeydə alınıb. Həmin vaxt 16 qol vurulub, məhsuldarlıq 4-ə bərabər olub. Ötən mövsümkü mütləq rekord isə XI tura məxsusdu – 17 qol (4,25).







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı