12 may 2026. Çərşənbə axşamı

132-ci oyunda 50-ci qələbə


132-ci oyunda 50-ci qələbə

"Zirə” Azərbaycan Premyer Liqasında 50-ci qələbəsini qazanıb. 

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu yubiley 12-ci turun “Keşlə” ilə görüşə təsadüf edib.

3:1 hesabı ilə qalib gələn “qartallar” 2015-ci ildə debüt etdikləri yüksək dəstədə 50-ci dəfə üç xala sevinib. Bu, komandanın 132-ci görüşündə qeydə alınıb. Qələbələrdən 31-i ev, 19-u səfərdə əldə olunub.

“Keşlə” ilə matç baş məşqçi Zaur Həşimovun rəhbərliyi altında əldə olunan ilk qələbə kimi də tarixə düşüb. O, komandanın “sükanı arxası”nda qələbə sevinci yaşayan 4-cü mütəxəssisdir. Onadək Adil Şükürov 21, Ayxan Abbasov 18, Samir Abasov 10 dəfə “Zirə”nin qələbəsində pay sahibi olub.

Mövsümdə 3-cü dəfə qalib gələn qəsəbə təmsilçisi əvvəlki 4 turnirdə 47 dəfə rəqiblərini məğlub edib: 2015/16 – 17, 2016/17 – 10, 2017/18 – 12, 2018/19 – 8.

“Zirə” “Keşlə”ni 5-ci dəfə məğlub edib. Premyer Liqada qarşılaşdığı 11 komandadan 10-na qalib gələn “qartallar” yalnız “Qarabağ”dan üç xal almayıb: “Sumqayıt” – 10, “Neftçi” – 9, “Kəpəz”, AZAL, “Keşlə” – 5, “Qəbələ”, “Səbail”, “Xəzər Lənkəran” – 4, “Rəvan” – 3, “Sabah” – 1.







Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi