17 mart 2026. Çərşənbə axşamı

Bonilyanın rekordu təkrarlandı


Bonilyanın rekordu təkrarlandı

"Zirə"nin futbolçusu Xulio Sezar Rodriqes Azərbaycan Premyer Liqasında 3-cü dəfə dubla imza atıb.

Corner.az-ın klubun mətbuat xidmətinə istinadən xəbərinə görə, bu, 12-ci turun “Keşlə” ilə qarşılaşmasında baş verib. Hücumçu klubun tarixində Premyer Liqada ən çox dubl edən futbolçu adına şərik çıxıb.

Rodriqes ilk iki dubluna ötən mövsüm səfər görüşlərində imza atıb. Onun iki qol vurduğu ilk komanda da “Keşlə” olub və komanda da 3:1 hesabı ilə qalib gəlib. Bu matçdan 6 gün sonra – mayın 11-də “Sabah”la rəqib meydanındakı qarşılaşmada da iki top vuran forvard 3:0 hesablı qələbədə rol oynayıb.
Cari mövsümdə və ev oyunlarında ilk dublunu gerçəkləşdirən Xulio ümumilikdə 3-cü dəfə buna nail olmaqla salvadorlu hücumçu Nelson Bonilyanın rekordunu təkrarlayıb. Paraqvaylının dublları eyni ilə, lakin fərqli mövsümlərə təsadüf edibsə, sabiq oyunçu eyni mövsüm, amma fərqli illərdə bunu gerçəkləşdirib. O, 2015/16 mövsümündə “Kəpəz” və “Rəvan”a ev, “Qəbələ”yə səfərdə 2 qol vurub. İlk görüş 2015, digərləri 2016-cı ildə olub.








Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi