12 may 2026. Çərşənbə axşamı

Kolli və İbrahimliyə 3 oyunluq cəza


Kolli və İbrahimliyə 3 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Corner.az-ın məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının XII turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

“Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub. Görüşün 72-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu İsmayıl İbrahimli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

“Sabah”la oyunun 86-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Səbail”in müdafiəçisi Adil Nağıyev 1 oyunluq diskvalifikasiya olunub, klubunu 200 manat ziyana salıb. Qarşılaşma başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

"Zirə” – “Keşlə” matçının 60-cı dəqiqəsində “Keşlə”nin futbolçusu Sezar Meza Kolli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə olunub.







Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi