12 may 2026. Çərşənbə axşamı

Premyer Liqada 18-ci duel


Premyer Liqada 18-ci duel

“Zirə” bu həftə Azərbaycan Premyer Liqasında növbəti oyununa çıxacaq.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda 13-cü turda “Qəbələ” ilə üz-üzə gələcək.

Sabahkı görüş Qəbələ şəhər stadionunda baş tutacaq. Bu, “qartallar”ın mövsümün ilk yarısında çempionatdakı son səfər sınağı olacaq.

Qəbələdəki matç iki komanda arasında 18-ci duel kimi tarixə düşəcək. İndiyədək Premyer Liqada 17 dəfə yolları kəsişən rəqiblərin oyunlarında daha çox heç-heçə qeydə alınıb. 8 dəfə sülhlə ayrılan komandaların görüşlərində “Zirə” 4, “Qəbələ” 5 dəfə qalib gəlib. 15 qol vuran bakılılar öz qapısından 19 top buraxıb.

Son üç qarşılaşmada meydanı qolsuz tərk etməyən qəsəbə təmsilçisinin 11 futbolçusu “Qəbələ”nin qapısına yol tapıb. Onlardan dördü daha çox – hərəyə 2 dəfə fərqlənib. Bunlar Sadio Tounkara, Nelson Bonilya, Viktor İqbekoyi və Milan Duriçdi.

“Zirə” 9-cu dəfə Qəbələnin eyniadlı komandasının qonağı olacaq. Səfərdə 1 qələbəsi olan paytaxt klubu 5 dəfə səfərdən bir xalla dönüb. 3 görüşdə xalsız qalan komanda 6 qol vurub, 8-ni buraxıb.

Qeyd edək ki, “Qəbələ” – “Zirə” matçı saat 15:00-da başlayacaq.







Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi