7 avqust 2026. Cümə

Qorxulu heç nə yoxdur - Rıbka


Qorxulu heç nə yoxdur - Rıbka

"Hamı düşdüyümüz vəziyyəti yaxşı dərk edir. Ona görə də meydana çıxıb mübarizə aparır, xal qazanmaq üçün əlimizdən gələni edirik".

Corner.az-ın məlumatına görə, bu sözləri  "Səbail"in qapıçısı Aleksandr Rıbka Azərbaycan Premyer Liqasının 13-cü turunda "Neftçi" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

"Bugünkü oyun da necə mübarizə apardığımızı göstərdi. Hər bir matçda bütün gücümüzü ortaya qoyuruq. Bütün futbolçular vəziyyətin yaxşı olmadığını bilir və buna görə narahatdır. Hamı məşqdə əlindən gələni edir. Nəyisə dəyişməliyik. Bütün komanda hazırkı durumdan çıxmaq üçün bacardığını edir" - deyə o bildirib.

Ukraynalı qolkiper komandadakı problemlərdən söz açmaq istəmədiyini söyləyib: "Problemlər haqda danışmaq istəmirəm. Bu gün yaxşı mübarizə apardıq və vacib xal qazandıq".

Rıbka matçın sonlarında Ağabala Ramazanovun penaltini qaçırmasına da münasibət bildirib: "Futbolda belə hallar olur. Hərdən alınır, hərdən alınmır. Qorxulu heç nə yoxdur. Düşünürəm ki, birlikdə vəziyyətdən çıxacağıq".(qol)







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı