23 oktyabr 2024. Çərşənbə

Səbail'lə Qarabağ eyni deyil - Sopiç


Səbail'lə Qarabağ eyni deyil - Sopiç

"Sabah"ın yeni baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 13-cü  turunda “Qarabağ"a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransı keçirib. Corner.az xəbər verir ki, o, əvvəlcə matçı şərh edib.

- Oyundan əvvəl bilirdik ki, necə rəqibə qarşı oynayacağıq. Müdafiə blokunda yaxşı çıxış etməliydik. Çünki “Qarabağ keyfiyyətli oyunçulardan qurulub. Məşqlərdə futbolçulara nə göstəriş verilmişdisə, meydanda onu gördük. Futbolçularım meydanda öz ürəklərini ortaya qoydular. Fərdi cəhətdən rəqibin oyunçuları daha keyfiyyətlidir. Bu, müzakirəsiz belədir. Bu gün 4-4-2 sistemi ilə oynadıq. Amma mənim futbol fəlsəfəmdə taktikanın çox önəmi yoxdur. Oyunçularımın heç birinə irad bildirə bilmərəm. Çünki meydanda əllərindən gələni etdilər.

- Ötən turda “Sabah”ın qələbəsində böyük rol oynayan Ekşteyn və Diallo bu gün ehtiyatdan meydana daxil oldular. Bunun səbəbi nə idi?

- Bu taktikanı seçmişdim. Çünki onları meydana buraxsaydıq, müdafiə cəhətdən kompakt oynaya bilməyəcəkdik. “Səbail”ə də, digərlərinə də hörmət edirəm. Amma “Səbail”lə “Qarabağ” eyni deyil. Məsələn, İspaniya çempionatında “Xetafe” ilə “Real” və “Barselona”ya qarşı eyni taktika ilə çıxa bilməzsən.

- Gəlməzdən əvvəl Azərbaycan çempionatı ilə nə bağlı nə bilirdiniz, burda məqsədiniz nədir?

- Gəlməzdən əvvəl komandanın bütün oyunlarına baxmışdım. Həmçinin “Qarabağ”ın avrokuboklardakı, “Neftçi”nin çempionat oyunlarına baxmışdım. Yurçeviç və Prosineçkinin rəhbərliyi altındakı Azərbaycan millisinin oyunlarını izləmişdim. Amma əsas öz komandam barədə düşünürəm. Limit məsələsini bilirəm. Amma bu gün 3 legionerlə çıxış etdik. Mənim komandamda həmişə ən yaxşılar meydana çıxır. Bu gün meydana çıxan uşaqlar da ürəklərini ortaya qoydular. Rəqib məşqçini də təbrik etmək lazımdır. Çünki onlar meydanda daha uğurlu oldular. O ki qaldı məqsədə, “Sabah”ın çox gənc komanda olduğunu bilirəm. Klubun bütün komponentlərdə güclü olmasını istəyirəm. “Sabah”ın öz stilinin olmasını arzulayıram.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir