17 mart 2026. Çərşənbə axşamı

Qarabağda qalmaq istəyərəm - Beqoviç


Qarabağda qalmaq istəyərəm - Beqoviç

Qarabağ'ın qapıçısı Asmir Beqoviç Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sabah"la oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Matçla bağlı nə deyəcəksən?

- Çətin oyun oldu. Oyunboyu kollektiv mübarizə apardıq. Bəxtimiz gətirsəydi daha çox qol vurub, daha rahat qələbə qazanacaqdıq. Baxımlı qol vurduq və vacib xal qazandıq.

- Uzun zaman sonra “Qarabağ”ın qələbə qazanması haqda nə deyəcəksən?

- Razıyam. Bu gün yaxşı mübarizə apardıq. Bir az da bəxt üzümüzə güldü.

- Hava şəraiti sizə çətinlik yaradırdı?

- Bəli, yağış, külək var idi ki, çətin idi. “Sabah”ın da yaxşı təşkilatlanmış komandası var. Bizə qarşı təşkilatlanmış şəkildə oynadılar.

- 3-4 gün əvvəl “Ramon Sançez Pisxuan”da “Sevilya”ya qarşı oynadınız, indi isə Masazırda “Sabah”a qarşı. Köklənmək çətin deyilki?

- Fərqli çağırışlardır. Hər oyun önəmlidir. Artıq liqaya köklənməliyik və qalib gəlməliyik.

- “Qarabağ”dan ayrılacağın deyilir. Qışda komandadan ayrılacaqsan?

- Burada elə bir şey yoxdur. Onsuzda icarə müddətim yanvarın 1-nə kimi idi. İcarə müddəti bitəndən sonra İngiltərəyə qayıdacağam. “Qarabağ”da da uzun müddət qalmaq istəyərdim.

- “Qarabağ”da qalmaq istəyirsən?

- Təbii ki, qalmaq istəyərdim. Baş məşqçim, komanda yoldaşlarım yaxşı insanlardır. Bakı gözəl şəhərdir. Burada qalmaq istəyərdim. Amma bu mənim istəyimdən asılı olan bir şey deyil. “Bornmut” və “Qarabağ” arasında olan məsələlərdir.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi