- Misli Premyer liqa
- 10:57 05.12.2025
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağı yaş qrupu üzrə liqalarda məşqçi və futbolçu kobudluqları lazımi qiymətini alıb.
Corner.az-ın məlumatına görə, komitə bu dəfə də sərt cəzalar tətbiq edib.
Region Liqasının “İmişli” – “Şamaxı” oyununda “İmişli”nin məşqçisi Samid Həsənov, “Arpaçay”(Şərur) – NDU görüşündə “Arpaçay”ın baş məşqçisi Bilal Nağıyev, U-14 liqasında “Azəri TİM”in məşqçisi Orxan Verdiyev hakimlər briqadasına qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyunluq cəzalandırılıb. Sonuncu hətta referilərə fiziki təzyiq göstərməyə də çalışıb. U-10 Liqasının “Kəpəz” – “Çinar UGFHK” qarşılaşmasında hakimi söyən “Çinar UGFHK”nın baş məşqçisi Elçin Quziryaninin cəzası 3 oyun olub.
Bundan başqa, Bakcell U-17 Liqasının “Neftçi” – “Kəpəz” oyununda “Kəpəz”in futbolçusu Həsən Seyfullayev, futzal üzrə üzrə Birinci Liqanın “Zirvə Bakı” – “Baku Fire 2” matçında isə “Zirvə Bakı”nın üzvü Murad İsmayılov referini təhqir edib. Onlar qarşıdakı 4 oyunu buraxmalı olacaqlar.