7 avqust 2026. Cümə

AFFA Neftçi'ni cərimələdi, Bordini cəzalandırdı


AFFA Neftçi'ni cərimələdi, Bordini cəzalandırdı

AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

Corner.az-ın məlumatına görə, toplantıda Premyer Liqanın XIII turunda qeydə alınmış neqativ hallar müzakirə olunub.

“Səbail” – “Neftçi” görüşündə “Səbail”in futbolçusu Eltun Yaqublu ilə “Neftçi”nin meneceri Qədir Həsənov arasındakı mübahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə onları cəza gözləyir.

Oyun başa çatdıqdan sonra “Neftçi”nin azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndiyinə görə klub 4000 manat cərimə olunub. “Ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin 4-cü sarı vərəqəsini aldığı üçün 1 oyunluq cəzalanıb. Həmçinin qarşılaşmadan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimələnib.

Bundan başqa, “Keşlə” – “Sumqayıt” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Qəbələ” – “Zirə” oyununda isə “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı