17 mart 2026. Çərşənbə axşamı

Premyer liqa klubları 1/4 finalda


Premyer liqa klubları 1/4 finalda

Bu gün  Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, son oyun gününə üç qarşılaşma baş tutub. Hər üç görüşdə Premyer Liqa və birinci divizion təmsilçiləri qarşılaşıb.

"Qaradağ Lökbatan"ı qəbul edən "Zirə" 4 cavabsız qolla darmadağın edərək növbəti mərhələyə yüksəlib. Zaur Həşimovun komanda 1/4 finalda "Səbail"lə qarşılaşacaq.

Günün digər oyununda "Sabah" "Ağsu"nu 5:0 hesabı ilə məğlub edərək növbəti mərhələdə "Qəbələ"yə rəqib olub.  "Sumqayıt" isə "Zaqatala"nı qəbul edib və 2:0 hesablı qələbə qazanıb.  Meydan sahibləri 1/4 finalda "Neftçi" ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün "Kəpəz"i 3:1 hesabı ilə məğlub edən "Keşlə" 1/4 finala yüksəlib və bu mərhələdə "Qarabağ"a rəqib olub.

4 dekabr (çərşənbə)

 

 

17:00. “Sumqayıt” – “Zaqatala” - 2:0
Qollar: 
Rəhim Sadıxov, 19-pen, Əmir Ağayev, 70
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Cəmil Quliyev, Orxan Məmmədov
“Kapital Bank Arena”

14:00. “Zirə” – “Qaradağ Lökbatan” - 4:0 
Qol: 
Elvin Məmmədov, 45-pen. Müşfiq İlyasov, 55, Xulio Rodriges, 69, İbrahim Aslanlı, 78
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu

15:00. “Sabah” – “Ağsu” - 5:0
Qol: 
Ulise Diallo, 29, Məhəmməd Mirzəbəyov, 61, Arsen Ağcabeyov, 70, Rocer Roxas, 82, 90+3
Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Pərvin Talıbov, Elçin Məsiyev
“Bank Respublika Arena” (ehtiyat meydança)

3 dekabr

 
“Keşlə” – “Kəpəz” - 3:1







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi