16 avqust 2026. Bazar günü

Zirədə yeni rekordçu


Zirədə yeni rekordçu

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la bu gün keçirilən oyunu (4:0) “Zirə”nin tarixinə əlamətdar hadisə ilə düşüb.

Corner.az-ın klubun mətbuat xidmətinə istinadən xəbərinə görə, Zirə İdman Kompleksinin stadionunda oynanılan matçda meydana çıxan Cəlal Hüseynov klub tarixinə ən gənc futbolçu kimi düşüb. 2003-cü il yanvarın 2-də anadan olan müdafiəçi əsas komandada 16 yaş 336 günlüyündə debüt edib.

Cəlal komandanın sabiq futbolçusu Ziyadxan Məmmədovun göstəricisini yeniləyib. 2014-cü il sentyabrın 19-da keçirilən I divizionun “Zirə” – “Göyəzən” qarşılaşmasında (5:0) debüt edən futbolçu 19 yaş 102 günlüyündə şans qazanıb







Misli Premyer liqa

“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer