- Rusiya P.L.
- 16:17 22.02.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Onunla çox yaxşı yola gedirik. Türkləri çox sevdiyini demişdim. Həm meydançada, həm də kənarda bir-birimizi çox yaxşı başa düşürük".
Corner.az xəbər verir ki, bu sözləri "Milan"ın futbolçusu Hakan Çalhanoğlu komanda yoldaşı Zlatan İbrahimoviçlə aralarındakı münasibət haqda danışarkən "TRT Spor"a deyib. 25 yaşlı oyunçu isveçli ulduzun türk mahnılarını dinlədiyini vurğulayıb:
"Təcrübəli futbolçudur. Onun gəlişindən sonra uduzmamışıq. Komandaya çox kömək edir. İnşallah, uğurlu seriyanı davam etdirərik. Zlatan ilə dostuq desəm, kimsə inanmayacaq. Bəzən qəhvə içirik. Türkcə sözlərdən də istifadə edir. Türk musiqiləri dinləyir. İbrahim Tatlısəsin mahnılarını sevir. Çox qəribə bir şeydir".(qol)