21 iyun 2026. Bazar günü

Rusiya klubu Qəbələ'nin sabiq baş məşqçisini göndərir


Rusiya klubu Qəbələ'nin sabiq baş məşqçisini göndərir

 "Lokomotiv" klubu mövsümün sonunda baş məşqçi Yuri Syominlə yollarını ayıracaq.

Corner.az "Nemzeti Sport" nəşrinə istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssisin Moskva təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır və klub onunla vidalaşacaq.

Nəşr bildirib ki, Syomini bu postda serbiyalı Marko Nikoliç əvəzləyəcək.

Qeyd edək ki, Aleksandr Syomin 2013/2014 mövsümündə "Qəbələ"də çalışıb. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub. Syomin ən böyük uğurlarını "Lokomotiv"də əldə edib. O, 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Superkubok qazanıb







Rusiya P.L.

“Zenit” onunla müqaviləni uzatdı
  • Rusiya P.L.
  • 22:57 02.06.2026
“Zenit” onunla müqaviləni uzatdı
Con Duran "Zenit"dən ayrıldı
  • Rusiya P.L.
  • 23:34 14.05.2026
Con Duran "Zenit"dən ayrıldı
"Zenit" liderliyi ələ aldı
  • Rusiya P.L.
  • 22:46 19.04.2026
"Zenit" liderliyi ələ aldı
“Zirə”ni Rusiya klubuna dəyişdi
  • Rusiya P.L.
  • 15:00 17.02.2026
“Zirə”ni Rusiya klubuna dəyişdi