- Rusiya P.L.
- 14:58 05.11.2024
Rusiya Futbol İttifaqı (RFS) Mübahisələrin Həlli Palatası qış fasiləsində "Dinamo Moskva"dan ayrılan "Sabah"ın futbolçusu Ramil Şeydayevlə sabiq klubu arasındakı barışıq sazişini təsdiqləyib.
Corner.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, bununla da paytaxt təmsilçisinə yeni futbolçuların qeydiyyatdan keçirilməsi ilə bağlı qoyulan qadağa aradan qalxıb.
Qeyd edək ki, RFS-in Mübahisələrin Həlli Palatası "Dinamo"nu millimizin üzvü ilə müqaviləyə xitam verildiyi vaxt qayda pozuntuları etdiyi üçün cəzalandırmışdı.
Xatırladaq ki, Ramil Şeydayev "Dinamo"ya 2019-cu ilin yayında "Krılya Sovetov"dan azad agent qismində keçib. 2020-ci ilin yanvarında Moskva klubu 24 yaşlı hücumçu ilə müqaviləni pozduğunu açıqlayıb. R.Şeydayev fevralın 17-də "Sabah"la mövsümün sonunadək sözləşmə imzalayıb.