- Rusiya P.L.
- 16:17 22.02.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Rusiya Premyer Liqasında 23-cü turun "Krasnodar" - "Dinamo" (Moskva) görüşü təxirə salınıb.
Corner.az-ın məlumatına görə, buna paytaxt komandasının futbolçularının COVID-19-a yoluxmaları səbəb olub.
Qarşılaşma bu gün "Krasnodar" stadionunda keçirilməli idi. Lakin oyun ərəfəsində "Dinamo"dan yarımmüdafiəçi Şarl Kabore və hücumçu Klinton N Jinin koronavirus testi müsbət nəticə verib. Daha əvvəl forvard Nikolay Komliçenko və cinah oyunçusu Sebastyan Şimanskinin də yoluxduqları müəyyənləşib.
Rusiya Futbol İttifaqı matçın 19 iyula təxirə salınması barədə qərar çıxarıb.
Qeyd edək ki, oxşar situasiya ilə bir neçə gün əvvəl "Rostov" üzləşib.(report)