Rusiya Premyer Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşib.
Corner.az xəbər verir ki, ötən mövsümün qalibi olan “Zenit” bu mövsümü yenə çempion kimi başa vurub.
Sankt-Peterburq təmsilçisi buna 26-cı turda "Krasnodar"ı 4:2 hesabı məğlub edərək nail olub. Sergey Semakın komandası sona 4 tur qalmış xalını 62-yə çatdıraraq, ən yaxın izləyicisi, 49 xala malik "Lokomotiv" üçün əlçatmaz olub.
Beləliklə, "Zenit" ardıcıl 2-ci, tarixdə isə 6-cı dəfə Rusiya çempionluğuna sahib olub və ÇSKA-ya çatıb. Ən çox qızıl medallara isə Moskva "Spartak"ı sahib çıxıb – 10 dəfə.