22 noyabr 2024. Cümə

Zenit'in futbolçusunda koronavirus aşkarlandı


Zenit'in futbolçusunda koronavirus aşkarlandı

Rusiyanın "Zenit" klubunun futbolçusu koronavirusa yoluxub. 

Corner.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Semak “Rusiya-24” telekanalına açıqlamasında məlumat verib. 44 yaşlı mütəxəssis iki oyunçunun durumunun şübhəli olduğu və onlardan birinin testinin müsbət nəticələndiyini bildirib.

Semak futbolçunun adını açıqlamayıb və iki oyunçunun karantində olduğunu söyləyib. 

Qeyd edək ki, Rusiya Premyer Liqasında yeni mövsüm başlayıb. "Zenit" avqustun 11-də səfərdə "Rotor"la üz-üzə gələcək. 







Rusiya P.L.

"Zenit" Türkiyə klubu ilə oynayacaq
  • Rusiya P.L.
  • 20:46 16.10.2024
"Zenit" Türkiyə klubu ilə oynayacaq
Rusiya klubunda ayrılıq
  • Rusiya P.L.
  • 20:48 15.10.2024
Rusiya klubunda ayrılıq