26 aprel 2025. Şənbə

Rusiya Premyer Liqasının qalibi bəlli oldu


Rusiya Premyer Liqasının qalibi bəlli oldu

"Zenit" klubu Rusiya Premyer Liqasında sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Corner.az-ın məlumatına görə, Sankt-Peterburq təmsilçisi 28-ci turda "Lokomotiv"ə darmadağınla qalib gələrək, xalını 61-ə çatdırıb. Bununla da Sergey Semakın komandası ən yaxın izləyici "Lokomotiv"i 9 xal geridə qoyub.

Bu, "Zenit"in ardıcıl 3-cü, tarixdə 7-ci Rusiya çempionluğu olub.







Rusiya P.L.