9 avqust 2026. Bazar günü

Gürcülər oğlumun Rusiyada qalmayacağına inansınlar


Gürcülər oğlumun Rusiyada qalmayacağına inansınlar

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya yayda Rusiyanın "Rubin" klubundan ayrılacaq.

Corner.az-ın məlumatına görə, bu barədə 20 yaşlı futbolçunun atası, Azərbaycan millisinin keçmiş oyunçusu Badri Kvaratsxeliya "Sportall" nəşrinə açıqlamasında bildirib.

O, oğlunun hansı komandaya keçəcəyini deməyib: "Sizi 100 faiz əmin edirəm ki, Xviça yayda "Rubin"dən ayrılacaq. Hansı komandaya gedəcəyini deməyəcəyəm. Bir çox klubla danışacaq. Oğlum istirahat edəcək və daha sonra harada oynayacağına qərar verəcək. Gürcüləri oğlumun Rusiyada qalmayacağına inandırmaq istəyirəm".

Qeyd edək ki, Xviça Kvaratsxeliya 2020/2021 mövsümündə "Rubin"in heyətində Rusiya Premyer Liqasında 23 oyunda 4 qol vurub.







Rusiya P.L.

“Zenit” onunla müqaviləni uzatdı
  • Rusiya P.L.
  • 22:57 02.06.2026
“Zenit” onunla müqaviləni uzatdı
Con Duran "Zenit"dən ayrıldı
  • Rusiya P.L.
  • 23:34 14.05.2026
Con Duran "Zenit"dən ayrıldı
"Zenit" liderliyi ələ aldı
  • Rusiya P.L.
  • 22:46 19.04.2026
"Zenit" liderliyi ələ aldı
“Zirə”ni Rusiya klubuna dəyişdi
  • Rusiya P.L.
  • 15:00 17.02.2026
“Zirə”ni Rusiya klubuna dəyişdi