22 noyabr 2024. Cümə

Kramarenkonun komandası baş məşqçisiz qaldı


Kramarenkonun komandası baş məşqçisiz qaldı

Rusiyanın MOİK klubu baş məşqçi İvitsa Oliçlə yollar ayrılıb.

Corner.az-ın "Çempionat" nəşrinə istinadən məlumatına görə, səbəb xorvatiyalı mütəxəssislə klub rəhbərliyi arasında ciddi fikir ayrılıqlarıdır. Oliçin baş direktor Roman Babayevlə münasibətləri pozulub. O, MOİK-də işləməyə başlayanda Xorvatiya yığması ilə AVRO-2020-dəki hər 3 qarşılaşmda çalışmasına klubun şərait yaradacağı deyilib. Lakin sonradan rəhbərliyin fikri dəyişib.

Oliç məşqçilər heyətinə veteran futbolçu Elvin Rahimiçin dəvət edilməsinə razılıq verilməməsindən də narazı olub. Baş məşqçi və rəhbərlik arasında seleksiya məsələsində də anlaşma olmayıb.

Oliç hüquqi tərəfdən müqaviləsinin pozulmasını tam bitirmədiyi halda MOİK rəsmi saytı vasitəsilə onun gedişini açıqlayıb. Xorvatiyalı mütəxəssis komandada martdan çalışırdı. O, Viktor Qonçarenkonu əvəzləmişdi.

Qeyd edək ki, MOİK-in qapıçılar üzrə məşqçisi Azərbaycan millisində də çalışan Dmitri Kramarenkodur.(report)







Rusiya P.L.

"Zenit" Türkiyə klubu ilə oynayacaq
  • Rusiya P.L.
  • 20:46 16.10.2024
"Zenit" Türkiyə klubu ilə oynayacaq
Rusiya klubunda ayrılıq
  • Rusiya P.L.
  • 20:48 15.10.2024
Rusiya klubunda ayrılıq