- Rusiya P.L.
- 16:17 22.02.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Rusiyanın "Ximki" klubu daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb.
Corner.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi son olaraq "Olimp-Dolqoprudni"də çıxış etmiş İlya Sadıqovla anlaşıb. "Ximki" 21 yaşlı vingerlə imzalanan müqavilənin detalları barədə açıqlama verməyib.
Sadıqov yeni klubunda azərbaycanlı hücumçu Kamran Əliyevlə birgə çıxış edəcək.
Qeyd edək ki, İlya Sadıqov "Olimp-Dolqoprudnıy"ın kapitanı olub. O, başa çatan mövsümdə 25 matçda 4 qol vurub. "Olimp-Dolqoprudni" Peşəkar Futbol Liqasının qalibi olub və 2021/2022 mövsümündə Milli Futbol Liqasında (səviyyəcə ikinci liqa) iştirak hüququ qazanıb. Komandanın heyətində "Neftçi"nin sabiq futbolçsu Samir Məsimov da yer alıb.