17 aprel 2025. Cümə axşamı

Rusiyanın Superi - Zenit!


Rusiyanın Superi - Zenit!
Futbol üzrə Rusiya Super Kubokunun qalibi müəyyənləşib.

Corner.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu “Zenit”lə Rusiya kubokunun qalibi “Lokomotiv” (Moskva) üz-üzə gəlib.
 
Kalininqradda baş tutmuş  matçda Sankt-Peterburq təmsilçisi rəqibinə darmadağınla qalib gəlib – 3:0.
 
Beləliklə, “Zenit” tarixində 6-cı dəfə Rusiya Super Kubokunun qalibi olub. Bu komanda daha öncə 2008, 2011, 2015, 2016 və 2020-ci illərdə də Super Kuboku başı üzərinə qaldırmışdı.






Rusiya P.L.