16 aprel 2025. Çərşənbə

Ayaz Quliyev debüt etdi, komandası uduzdu


Ayaz Quliyev debüt etdi, komandası uduzdu

Futbol üzrə Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Krasnodar”ın qonağı olub. Ayazın komandası bu oyunda məğlubiyyətlə üzləşib – 2:3.

Quliyev də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana çıxmaqla yeni komandasında rəsmən debüt edib.

“Arsenal” geridə qalan 4 turda cəmi 3 xal toplayıb və 16 kollektiv arasında 13-cüdür.







Rusiya P.L.