16 aprel 2025. Çərşənbə

Əliyev oynamadı, komandası heç-heçə etdi


Əliyev oynamadı, komandası heç-heçə etdi
Futbol üzrə Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Rubin”lə münasibətlərinə aydınlıq gətirib. Əliyevin komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1.
 
Kamran bu matçın iştirakçısı olmayıb. Əliyev sonadək ehtiyatda qalıb.
 
5 turdan sonra 5 xalı olan “Ximki” 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.






Rusiya P.L.