- Rusiya P.L.
- 21:11 17.11.2025
Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Soçi”nin qonağı olub. Əliyevin komandası bu oyunda məğlubiyyətlə üzləşib – 1:3.
Azər də bu görüşün iştirakçısı olub. O, 65-ci dəqiqədə meydana buraxılıb.
“Ufa” 7 turdan sonra 5 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.