22 oktyabr 2024. Çərşənbə axşamı

Əliyev penaltini qola çevirdi, Ufa kubok matçında qələbə qazandı


Əliyev penaltini qola çevirdi, Ufa kubok matçında qələbə qazandı

Rusiya kubokunda qrup mərhələsinin oyunları keçirilir.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Legion Dinamo”nun qonağı olub. Oyunun əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Ufa” 2:0 hesabıyla qələbə qazanıb.

Azər də bu görüşün iştirakçısı olub. O, ilk dəqiqələrdən mübarizə apardığı matçın sonunadək meydanda olub. “Ufa”nın heyətində penaltini yerinə yetirən ilk futbolçu da Əliyev olub və hədəfdən yayınmayıb.

Digər azərbaycanlı futbolçu Ayaz Quliyevin komandası – Tula “Arsenal”ı da səfərdə Bryansk “Dinamo”su ilə qarşılaşıb. Zədədən əziyyət çəkən Ayaz komandasının 6:1 hesablı qalib gəldiyi oyunda iştirak etməyib.







Rusiya P.L.

"Zenit" Türkiyə klubu ilə oynayacaq
  • Rusiya P.L.
  • 20:46 16.10.2024
"Zenit" Türkiyə klubu ilə oynayacaq
Rusiya klubunda ayrılıq
  • Rusiya P.L.
  • 20:48 15.10.2024
Rusiya klubunda ayrılıq
ÇSKA-nı Meksika klubuna dəyişdi
  • Rusiya P.L.
  • 22:39 15.09.2024
ÇSKA-nı Meksika klubuna dəyişdi