- Rusiya P.L.
- 19:19 03.08.2026
Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin vəzifəsindən ayrılıb.
Corner.az "Sport-Ekspress"ə istinadən xəbər verir ki, 60 yaşlı funksioner öz istəyi ilə istefa verib.
Qeyd edək ki, Sergey Pryadkin 2007-ci ildən qurumun prezidenti olub. O, yanvarın 16-da növbəti beş illik müddət üçün yenidən seçilmişdi.