Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 17-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Fakel Voronej"in qonağı olub. Azərbaycanlı futbolçunun komandası bu oyunda minimal hesablı qələbə qazanıb – 1:0.
Kamran da bu görüşün iştirakçısı olub. O, 52-ci dəqiqədə meydana buraxılıb.
Xabarovsk təmsilçisi Kamranı “Ximki”dən bu mövsümün sonuna kimi icarəyə götürüb.
“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Yekaterinburq “Ural”ından icarəyə götürülmüş futbolçu bu görüşdə də oynayıb. O, da 51-ci dəqiqədə meydana çıxıb.
“SKA-Xabarovsk” 17 turdan sonra 31 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.