9 may 2026. Şənbə

Quliyevli Arsenal Zenit'i məğlub etdi


Quliyevli Arsenal Zenit'i məğlub etdi

Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Zenit”lə üz-üzə gəlib. Ayazın komandası bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:1.

Quliyev də bu görüşün iştirakçısı olub. O, 76-cı dəqiqədə meydana buraxılıb.

“Arsenal” geridə qalan 11 turda 12 xal toplayıb və 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.







Rusiya P.L.

"Zenit" liderliyi ələ aldı
  • Rusiya P.L.
  • 22:46 19.04.2026
"Zenit" liderliyi ələ aldı
“Zirə”ni Rusiya klubuna dəyişdi
  • Rusiya P.L.
  • 15:00 17.02.2026
“Zirə”ni Rusiya klubuna dəyişdi