9 may 2026. Şənbə

Əliyevin komandası səfərdə uduzdu


Əliyevin komandası səfərdə uduzdu

Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 18-ci turun oyunları keçirilib.

Corner.a, xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Tomsk”un qonağı olub.

Azərbaycanlı futbolçunun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 0:1.

Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

Xabarovsk təmsilçisi Kamranı “Ximki”dən bu mövsümün sonuna kimi icarəyə götürüb. “SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Yekaterinburq “Ural”ından icarəyə götürülmüş futbolçu bu görüşdə də oynayıb. O, 46-cı dəqiqədə meydana buraxılıb.

“SKA-Xabarovsk” 18 turdan sonra 31 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.







Rusiya P.L.

"Zenit" liderliyi ələ aldı
  • Rusiya P.L.
  • 22:46 19.04.2026
"Zenit" liderliyi ələ aldı
“Zirə”ni Rusiya klubuna dəyişdi
  • Rusiya P.L.
  • 15:00 17.02.2026
“Zirə”ni Rusiya klubuna dəyişdi