4 avqust 2026. Çərşənbə axşamı

Əliyevin komandasına 1 qol bəs etdi


Əliyevin komandasına 1 qol bəs etdi

Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 22-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Kamaz”la üz-üzə gəlib. Azərbaycanlı futbolçunun komandası bu oyunda minimal hesabla qələbə qazanıb – 1:0.

Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

Xabarovsk təmsilçisi Kamranı “Ximki”dən bu mövsümün sonuna kimi icarəyə götürüb. “SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Yekaterinburq “Ural”ından icarəyə götürülmüş futbolçu bu görüşdə də oynayıb. O, da start heyətdə yer alıb və sonadək oynayıb.

“SKA-Xabarovsk” 22 turdan sonra 40 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.







Rusiya P.L.

“Zenit” onunla müqaviləni uzatdı
  • Rusiya P.L.
  • 22:57 02.06.2026
“Zenit” onunla müqaviləni uzatdı
Con Duran "Zenit"dən ayrıldı
  • Rusiya P.L.
  • 23:34 14.05.2026
Con Duran "Zenit"dən ayrıldı
"Zenit" liderliyi ələ aldı
  • Rusiya P.L.
  • 22:46 19.04.2026
"Zenit" liderliyi ələ aldı
“Zirə”ni Rusiya klubuna dəyişdi
  • Rusiya P.L.
  • 15:00 17.02.2026
“Zirə”ni Rusiya klubuna dəyişdi