4 avqust 2026. Çərşənbə axşamı

Əliyevin qolu, komandasını məğlubiyyətdən xilas edə bilmədi


Əliyevin qolu, komandasını məğlubiyyətdən xilas edə bilmədi

Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 25-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Yenisey”in qonağı olub. Azərbaycanlı futbolçunun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 1:3.

Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Xabarovskluların yeganə qolunu da azərbaycanlı hücumçu vurub. Əliyev 90-cı dəqiqədə rəqibin qapısından topu keçirib.

Xabarovsk təmsilçisi Kamranı “Ximki”dən bu mövsümün sonuna kimi icarəyə götürüb.







Rusiya P.L.

“Zenit” onunla müqaviləni uzatdı
  • Rusiya P.L.
  • 22:57 02.06.2026
“Zenit” onunla müqaviləni uzatdı
Con Duran "Zenit"dən ayrıldı
  • Rusiya P.L.
  • 23:34 14.05.2026
Con Duran "Zenit"dən ayrıldı
"Zenit" liderliyi ələ aldı
  • Rusiya P.L.
  • 22:46 19.04.2026
"Zenit" liderliyi ələ aldı
“Zirə”ni Rusiya klubuna dəyişdi
  • Rusiya P.L.
  • 15:00 17.02.2026
“Zirə”ni Rusiya klubuna dəyişdi