Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Moskva “Dinamo”sunun qonağı olub. Əliyevin komandası bu oyunda məğlubiyyətlə üzləşib– 0:2.
Azər də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.
“Ufa” 17 turdan sonra 16 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.