5 dekabr 2025. Cümə

Quliyevli Arsenal səfərdə ÇSKA'ya uduzdu


Quliyevli Arsenal səfərdə ÇSKA'ya uduzdu
Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Moskva ÇSKA-sının qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 0:2.
 
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
 
“Arsenal” geridə qalan 18 turda 19 xal toplayıb və 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.






Rusiya P.L.