- Rusiya P.L.
- 21:11 17.11.2025
Rusiyanın "Krasnodar" klubu baş məşqçisi Daniel Farke vəzifəsindən ayrılıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Klub almaniyalı mütəxəssis ilə birlikdə köməkçiləri ilə də vidalaşıb.
Qeyd edək ki, Daniel Farke yanvarın 13-də baş məşqçi təyin olunmuşdu. Daha əvvəl "Lokomotiv"in almaniyalı baş məşqçisi Markus Gisdol istefa verib.