25 aprel 2025. Cümə

Legionerlər Rusiya klubundan ayrıldılar


Legionerlər Rusiya klubundan ayrıldılar
Rusiyanın “Krasnodar” klubu legioner futbolçuları ilə müqaviləni dayandırıb. Corner.az xəbər verir ki, bu barədə Kuban təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Məlumatda, Vanderson Masiel, Kayo, Erik Butheym, Kristian Ramires, Junior Alonso, Con Kordoba, Viktor Klasson və Remi Kabellanın komandanın düşərgəsini tərk etdikləri bildirilib. Onlar sözləşmələri qüvvədə olduğu müddətdə fərdi qaydada məşq edəcəklər.
 
Xatırladaq ki, “Krasnodar” ötən gün almaniyalı baş məşqçisi Daniel Farke ilə də müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermişdi.






Rusiya P.L.