22 oktyabr 2024. Çərşənbə axşamı

Rusiyanın tanınmış klubunun yutub kanalı bağlandı


Rusiyanın tanınmış klubunun yutub kanalı bağlandı

Rusiyanın ÇSKA (Moskva) klubunun “yutub”dakı kanalı bağlanıb.

Corner.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva klubunun kanalına daxil olmaq istəyəndə xəta baş verir və ekranda “Bu səhifə mövcud deyil. Bəlkə başqa bir şey axtarırsınız?” sözü yazılır.

Bir neçə gün əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Veb.RF” dövlət korporasiyasına qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.







Rusiya P.L.

"Zenit" Türkiyə klubu ilə oynayacaq
  • Rusiya P.L.
  • 20:46 16.10.2024
"Zenit" Türkiyə klubu ilə oynayacaq
Rusiya klubunda ayrılıq
  • Rusiya P.L.
  • 20:48 15.10.2024
Rusiya klubunda ayrılıq
ÇSKA-nı Meksika klubuna dəyişdi
  • Rusiya P.L.
  • 22:39 15.09.2024
ÇSKA-nı Meksika klubuna dəyişdi