21 noyabr 2024. Cümə axşamı

İsveçli futbolçu da Rusiya Premyer Liqasını tərk etdi


İsveçli futbolçu da Rusiya Premyer Liqasını tərk etdi
İsveçli futbolçu Viktor Klasson Rusiyanın “Krasnodar” klubunu tərk edib. Corner.az Rusiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam vermək barədə razılığa gəliblər.
 
30 yaşlı yarımmüdafiəçi 2017-ci ildən “Krasnodar”da çıxış edirdi. O, bu komandada 147 oyuna çıxıb, 43 qol vurub, 26 məhsuldar ötürmə edib.

Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçiblər, bu hücum dünyada kəskin etirazlara səbəb olub. Daha sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Eyni zamanda, Rusiya və onun müttəfiqi olan Belarus müxtəlif idman növləri üzrə komandalarına da qadağalar qoyulub.






Rusiya P.L.

"Zenit" Türkiyə klubu ilə oynayacaq
  • Rusiya P.L.
  • 20:46 16.10.2024
"Zenit" Türkiyə klubu ilə oynayacaq
Rusiya klubunda ayrılıq
  • Rusiya P.L.
  • 20:48 15.10.2024
Rusiya klubunda ayrılıq