Futbol üzrə Rusiya Premyer Liqasında 20-cu turun oyunları keçirilir. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Krılya Sovetov”un qonağı olub. Quliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. 25 yaşlı yarımmüdafiəçi əvəzləndiyi dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Arsenal” geridə qalan 20 turda 20 xal toplayıb və 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb