Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 26-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Kuban”ın qonağı olub. Əliyevin komandası bu oyunda minimal hesabla məğlub olub - 0:1.
Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.
“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də çıxış edir. O da bu görüşdə start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
“SKA-Xabarovsk” 26 turdan sonra 41 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.