Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 27-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Moskva “Spartak”ının ikinci komandasının qonağı olub. Azərbaycanlı futbolçunun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Kamran bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də çıxış edir. O da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu sonadək mübarizə aparıb.
“SKA-Xabarovsk” 27 turdan sonra 42 xalla 20 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.