Futbol üzrə Rusiya Premyer Liqasının oyunları artıq İspaniyada yayımlanmayacaq. Corner.az xəbər verir ki, bu barədə “La Liga Sports” TV-nin mətbuat xidməti məlumat yayıb. Məlumatda, telekanaldan artıq Rusiya çempionatının oyunlarının yayımlanmayacağı bildirilib.
Bundan əvvəl İngiltərə Premyer Liqasının, Fransa Liqa 1-inin, Portuqaliya və Şotlandiya çempionatlarının oyunlarının Rusiyada yayımlanmayacağı açıqlanıb.
Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçiblər və bu hücum dünyada kəskin etirazlarla qarşılanıb. Bu hücumdan sonra Rusiyaya və onun müttəfiqi olan Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Sözügedən ölkələr müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.