23 aprel 2025. Çərşənbə

Lovrenin Zenit'lə müqaviləni pozmasını istəyirlər


Lovrenin Zenit'lə müqaviləni pozmasını istəyirlər
Xorvatiya Futbol İttifaqı “Zenit”in futbolçusu Deyan Lovrenin Rusiyaya qayıtmasını istəmir. Corner.az “Metaratings”ə istinadən xəbər verir ki,32 yaşlı müdafiəçi yığma komandanın oyunlarından sonra Sankt-Peterburqa qayıtmağı planlaşdırsa da, Xorvatiya Futbol İttifaqı qayıtmaması üçün ona güclü təzyiq edir.
 
Qurum rəhbərliyi  xorvat futbolçunun Rusiya klubu ilə müqaviləni dayandırmalı olduğunu vacib hesab edir.

Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçib və  bu hücum dünyada kəskin etirazlarla qarşılanıb. Bu hücumdan sonra Rusiyaya və onun müttəfiqi olan Belarusa  qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanılıb. Sözügedən ölkələrin müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.






Rusiya P.L.