12 may 2026. Çərşənbə axşamı

Yusuf Yazıcı Rusiya Premyer Liqasının tarixinə düşdü


Yusuf Yazıcı Rusiya Premyer Liqasının tarixinə düşdü

ÇSKA klubunun futbolçusu Yusuf Yazıcı Rusiya Premyer Liqasındakı rekordu təkrarlayıb.

Corner.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi buna "Rubin"ə qarşı 22-ci tur oyununda fərqlənməklə nail olub.

Qarşılaşmada het-trikə imza atan Yazıcı Rusiya çempionatında meydana çıxdığı ilk dörd matçda qol vurmağı bacarıb. Türkiyə millisinin üzvü tarixdə bunu bacaran üçüncü futbolçudur.

Daha əvvəl 1992-ci ildə "Okean" komandasından Oleq Qarin, 2000-ci ildə isə "Spartak"dan Andrey Ştoltsers buna müvəffəq olub.

Qeyd edək ki, görüş MOİK-in 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Müqavilə ilə Fransa "Lill"inə məxsus olan Yusuf Yazıcı icarə əsasında Moskva təmsilçisində çıxış edir.







Rusiya P.L.

"Zenit" liderliyi ələ aldı
  • Rusiya P.L.
  • 22:46 19.04.2026
"Zenit" liderliyi ələ aldı
“Zirə”ni Rusiya klubuna dəyişdi
  • Rusiya P.L.
  • 15:00 17.02.2026
“Zirə”ni Rusiya klubuna dəyişdi