12 may 2026. Çərşənbə axşamı

Əliyev qol vurdu,komandası darmadağın etdi


Əliyev qol vurdu,komandası darmadağın etdi
Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 29-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Tekstilşik”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda darmadağınla qələbə qazanıb – 4:0.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, 69-cu dəqiqədə meydana buraxılıb. 88-ci dəqiqədə komandasının sonuncu qolunu da məhz Əliyev imza atıb.
 
“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Amma o, bu görüşdə forma geyinməyib.
 
“SKA-Xabarovsk” 29 turdan sonra 48 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.






Rusiya P.L.

"Zenit" liderliyi ələ aldı
  • Rusiya P.L.
  • 22:46 19.04.2026
"Zenit" liderliyi ələ aldı
“Zirə”ni Rusiya klubuna dəyişdi
  • Rusiya P.L.
  • 15:00 17.02.2026
“Zirə”ni Rusiya klubuna dəyişdi