11 aprel 2025. Cümə

Səmədov Lokomotiv'dən ayrıldı


Səmədov Lokomotiv'dən ayrıldı

Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov Moskva "Lokomotiv"indən ayrılıb.

Corner.az-ın məlumatına görə, bu barədə əslən azərbaycanlı veteran yarımmüdafiəçi "Championat" nəşrinə açıqlama verib.

O, gənclər komandasının baş seleksiyaçısı vəzifəsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini söyləyib.

37 yaşlı mütəxəssis bu posta 2021-ci ilin yanvarında təyinat almışdı.

Qeyd edək ki, Aleksandr Səmədov futbolçu karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında, həmçinin "Krılya Sovetov” komandasında çıxış edib.







Rusiya P.L.